teznews.az
← Ana səhifə
Cəmiyyət

Yüksək vəzifəli şəxs Bakıda qəza törətdi - Ölən var

teznews redaksiyası · 06.11.2026, 18:02:23 0
Cəmiyyət

Фото из статьи источника · nocomment.az

Paytaxtın Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb.

1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə parkinqdən çıxarkən Sadıqova Esmira Həsənağa qızını vurub.

71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, H.Seyidbəyov əvvəl yüksək vəzifələrdə çalışıb. O, Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsini tutub.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал