DƏHŞƏTLİ XƏBƏRDARLIQ: 1.5 tonluq cism YERƏ DÜŞÜR - Təhlükəli zonalar AÇIQLANDI

Фото из статьи источника · nocomment.az
ABŞ-nin NASA aeronavtika və kosmik agentliyinin "Swift" orbital kosmik rəsədxanası yaxın vaxtlarda orbitdən çıxaraq Yerə düşəcək.
"Associated Press" agentliyinin verdiyi məlumata görə, aparatın kütləsi təxminən 1,5 tondur.
Mütəxəssislər qeyd edirlər ki, teleskopun əsas kütləsi atmosferin sıx qatlarından keçərkən yanaraq məhv olacaq. Lakin ən davamlı konstruksiya elementləri, ultra-sıx volframdan hazırlanan detallar və güzgü fraqmentləri termik təzyiqə tab gətirərək Yerin səthinə çata bilər.
Qabaqcadan aparılan hesablamalara görə, sağ qalan qalıqların okeana düşməsi ehtimalı daha yüksəkdir.
Bununla belə, qəlpələrin səpələnmə ehtimalı olan potensial sektora geniş quru əraziləri də daxildir: Afrika, Avstraliya, Hindistan, Cənub-Şərqi Asiya, eləcə də Mərkəzi və Cənubi Amerikanın bəzi regionları.
Qeyd edək ki, 2004-cü ildən orbitdə olan və qamma-şüalanma partlayışlarını tədqiq edən "Swift" teleskopunun xilas edilməsi və orbitinin qaldırılması üçün cəhd göstərilsə də, missiya uğursuzluqla nəticələnib. NASA teleskopun elmi fəaliyyətini rəsmən dayandırıb və onun yaxın günlərdə atmosferə daxil olacağı gözlənilir.