teznews.az
← Ana səhifə
Azərbaycan

Azərbaycanın hava məkanına daxil olan PUA-lar zərərsizləşdirilib, xeyli narkotik tutulub - FOTO

teznews redaksiyası · 02.11.2026, 13:15:57 0
Azərbaycan

Фото из статьи источника · apa.az

Azərbaycan dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları (PUA) zərərsizləşdirilib.

APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал