teznews.az
← Ana səhifə
Azərbaycan

Sürücü sükan arxasında yuxuladı: Qəza baş verdi - VİDEO

teznews redaksiyası · 01.11.2026, 19:21:48 1
Azərbaycan

Фирменная обложка teznews.az

Sürücünün sürüşməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən teznews.az-a verilən məlumata görə, bu gün saat 02:30 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayon ərazisindən keçən 172-ci kilometrində sürücünün yuxu halında idarə etməsi səbəbindən qəza baş verib.

Hadisə zamanı Mehdi Mirzəyevin idarə etdiyi “MAN” markalı qoşqulu yük maşını yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.

YPX Alayının əməkdaşları tərəfindən hadisə yerinə gələrək onu nəzarətə götürüblər, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал