Azərbaycan
Körpələr evində dəhşətli hadisə - Polis araşdırma aparmağa başladı - FOTO - VİDEO

Фирменная обложка teznews.az
"İnci" adlı azyaşlının tərbiyəçi tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xəzər rayonunda yerləşən tədris mərkəzlərinin birində azyaşlının tərbiyəçi tərəfindən zorakı hərəkətlərə məruz qalması ilə bağlı ərazi polis orqanına vətəndaşın müraciəti daxil olub:
"Həm valideynin, həm də tərbiyəçinin ərizə və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olub. Hazırda təhqiqat araşdırması davam etdirilir".
