Azərbaycan
Naxçıvanda noyabr ayının pensiya ödənişi başa çatdı - Hesablara pul köçürüldü

Фото из статьи источника · nocomment.az
Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiya ödənişi tamamlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, pensiyalar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.
Vətəndaşlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.