teznews.az
← На главную
Азербайджан

Çayxanada siyasətlə bağlı müzakirə qanla bitdi

Редакция teznews · 05.11.2026, 19:10:46 0
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · nocomment.az

Azərbaycanda çayxanada Ukrayna-Rusiya müharibəsi ilə bağlı aparılan müzakirə qanla bitib.

teznews.az xəbər verir ki, hadisə Yardımlıda qeydə alınıb.

1979-cu il təvəllüdlü Çayxana sahibi İlqar İmanzadə bu mübahisə sonunda müştərini bıçaqlayıb.

3 nəfər müştəri qismində çayxanaya gəlib və Ukrayna-Rusiya müharibəsi danışaraq öz aralarında mübahisə ediblər. 10 il Ukraynada yaşadığını bildirən İlqar İmanzadə, iki ölkə arasında gedən döyüşün onlara aidiyyətin olmadığını, müştərilərə çayxanada siyasət və müharibədən danışmağa ehtiyac olmadığını deyib.

Bu zaman sonradan zərərçəkmiş şəxs olan müştəri ona cavab qaytarıb, İlqar isə stəkanları masadan yığaraq onlara çay verməyəcəyini bildirib. Nəticədə tərəflər arasında mübahisə yaşanıb və İlqar limon doğradığı bıçaqla müştərilərdən birinə - Kərim Hüseynzadəyə üç bıçaq zərbəsi vurub.

Hadisədən sonra tərəflər arasında barışıq olub, zərərçəkmişin müalicə xərcləri qarşılanıb. Buna görə də bıçaqlanan müştəri çayxana sahibindən şikayətçi olmayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxə hökm oxunub. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən İ.İmanzadə 6 il azadlıqdan məhrum edilsə də, onun cəzası 4 il təyin olunmaqla şərti hesab olunub.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал