teznews.az
← Ana səhifə
Azərbaycan

Biləcəri qəsəbəsi ilə Azadlıq prospekti arasındakı marşrutda avtobuslar yenilənir

teznews redaksiyası · 05.11.2026, 19:20:14 0
Azərbaycan

Фото из статьи источника · nocomment.az

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.

Agentlikdən deyilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал