Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib

Фирменная обложка teznews.az
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi, Masallı rayonundan olan həkim-qastroenteroloq Cəmil Rasim oğlu Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib.
Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub. O, 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. 2012–2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində tibbi-elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.
Həkim əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayıb. 2010–2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışıb. Daha sonra, 2016–2019-cu illərdə Respublika Müalicə-Diaqnostika Mərkəzində, 2019–2024-cü illərdə isə “Leyla Medical Center” və Liv Bona Dea xəstəxanalarında həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.
2024-cü ilin iyul ayında Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin olunub.