teznews.az
← На главную
Азербайджан

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO

Редакция teznews · 02.11.2026, 23:44:23 1
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · apa.az

Ölkə ərazisinə külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhədin mühafizəsi və qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş axtarış və əməliyyat tədbirləri nəticəsində üç halda ümumi çəkisi 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал