teznews.az
← На главную
Азербайджан

Kəmaləddin Heydərovdan AÇIQLAMA

Редакция teznews · 05.11.2026, 14:15:52 0
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · nocomment.az

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimində çıxış edib.

Nazir bildirib ki, bu yarışların həm kişilər, həm də qadınlar arasında təşkil olunması idmançılar üçün bərabər imkan yaradır:

"Yanğın xilasetmə idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürmə və xilasetmə peşələrinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək. Bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Hər birinizə öz gücünüzə inam, dözümlülük, yüksək mübarizə əzmi və uğurlu nəticələr arzulayıram".

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал