teznews.az
← Ana səhifə
Azərbaycan

Azərbaycanda milyonlarla evə təsir edəcək yeni qərar – Tarix açıqlandı

teznews redaksiyası · 31.10.2026, 23:03:11 0
Azərbaycan

Фирменная обложка teznews.az

Azərbaycan ərazisində qazla işləyən məişət cihazlarının təhlükəsizliyi ilə bağlı yeni tələblər tətbiq olunacaq.

Noyabrın 6-dan etibarən qüvvəyə minəcək bu tələblərə uyğun olaraq, qaz plitələri, kombilər, su qızdırıcıları və digər qaz avadanlıqları partlayış riskini istisna etməlidir. Qaz yollarının birləşmələri isə tam hermetik olmalıdır. Bundan əlavə, cihazlar yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almaq məcburiyyətindədir.

Yeni qaydalara əsasən, avadanlıqların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməlidir. Yanma prosesində karbon oksidləri və azotun icazə verilən həddən artıq konsentrasiyasının yaranmaması vacibdir.

Tüstü bacasına qoşulan cihazlarda yanma məhsullarının otağa sızmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq baş verdikdə odluğa qaz verilişi avtomatik şəkildə dayandırılmalıdır.

Qeyd edək ki, yeni tələblər qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər müvafiq avadanlıqlara şamil ediləcək.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал