teznews.az
← Ana səhifə
Azərbaycan

Sabah Bakıda intensiv yağış gözlənilir - XƏBƏRDARLIQ

teznews redaksiyası · 06.11.2026, 17:54:09 0
Azərbaycan

Фото из статьи источника · apa.az

Milli Hidrometeorologiya Xidməti bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-u ilə davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал