teznews.az
← На главную
Азербайджан

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

Редакция teznews · 02.11.2026, 18:48:47 0
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · apa.az

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində vahid geyim qaydalarının özəl məktəblərə də tətbiq edilməsi mövzusunda fikirlərini bölüşüb.

02 noyabr 2026 11:58 (UTC +04:00)

0:00 / 0:00

"Dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər".

Bunu APA-ya müsahibəsində Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

"Lakin bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər", - nazir müavini qeyd edib.

İDMAN XƏBƏR

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал