teznews.az
← На главную
Азербайджан

Azərbaycanda kənd təsərrüfatında QORXULU DURUM: Heyvanlar niyə kütləvi tələf olur?

Редакция teznews · 02.11.2026, 00:22:49 1
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фирменная обложка teznews.az

Ölkədə heyvandarlıq sahəsində yaranan çətinliklər, məhsuldarlığın sürətli düşməsi və qiymətlərin artması geniş müzakirələrə səbəb olub. Təsərrüfat sahiblərinin sözləri böhranın əsas səbəblərini, xüsusilə də baytarlıq sahəsindəki qeyri-sistematik vəziyyəti açıqlayıb.

Bu il heyvanlar arasında xəstəliklərin iki dəfə yayılması məhsuldarlığın azalmasına və qiymətlərin bahalaşmasına birbaşa təsir göstərmişdir. Lakin əsas sual ondadır ki, bu xəstəliklər niyə belə kütləvi xarakter alıb. Mütəxəssislərin və təsərrüfat nümayəndələrinin fikrincə, əsas problem vaksinasiyanın vaxtında və düzgün təşkil olunmamasındadır.

Məlumdur ki, xəstəliklərə qarşı istifadə olunan peyvəndlərin təsir qabiliyyəti lazımi səviyyədə deyil. Xüsusilə dabaq xəstəliyi ilə bağlı peyvəndləmə zamanı "soyuq zəncir" rejiminin qorunması həyati əhəmiyyət kəsb edir. Yəni, peyvənd son istehlaka – yəni birbaşa heyvana vurulana qədər soyuducudan çıxarılmamalıdır. Lakin reallıqda vəziyyət tamamilə fərqlidir. Regionlara göndərilən peyvəndlər bazalardan paylandıqdan sonra baytarlara verilir, lakin baytarların həmin preparatları standartlara uyğun şəkildə çatdırmaq və saxlamaq üçün texniki imkanları, o cümlədən lazımi soyuducu sistemləri yoxdur. Nəticədə soyuq rejimi pozulan dərmanlar öz keyfiyyətini və təsir gücünü itirərək sıradan çıxır.

Eyni zamanda, ölkədə baytar kifayət qədər olmadığından peyvəndləmə prosesi lazımi səviyyədə təşkil edilə bilmir. Dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada keyfiyyətli dərmanlar alınıb gətirilsə də, onların yerlərdə paylanması və tətbiqi prosesinə nəzarət mexanizmi zəif işləyir.

Qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prosesə nəzarət etməli olsa da, qurumların fiziki imkanlarının çatmaması səbəbindən nəzarət zəifləyir. Vaksinlərin effekti olmadıqda isə xəstəliklərin yayılma arealı genişlənir, təsərrüfatlarda kütləvi qırılmalar və heyvan sayının azalması baş verir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu problem köklü şəkildə həll olunmasa, gələcəkdə daha ağır risklərlə üz-üzə qalacağıq.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал