Sahil Babayev: İnflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir

Фото из статьи источника · apa.az
Maliyyə naziri Sahil Babayev bildirib ki, hazırda inflyasiya Azərbaycanda nəzarət altında saxlanılan həddədir.
APA-nın məlumatına görə, bu sözləri nazir Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir əmək bazarında balansı müsbət olduğunu, müqavilə baxımından isə artımın özəl sektorda 50 minin üzərində olduğunu qeyd edib: “Növbəti il inflyasiya proqnozmuz isə 5,3 %-dir. Bu proqnoz qorunarsa, kifayət qədər uğurlu nəticə olar. Bu gün inflyasiya Azərbaycanda nəzarət altında saxlanılan həddədir”.