teznews.az
← На главную
Азербайджан

Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar

Редакция teznews · 06.11.2026, 18:02:54 0
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · nocomment.az

Maliyyə Nazirliyi dövlətə məxsus səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri həyata keçirəcək.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişiklik AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan səhmdar cəmiyyətlərə şamil edilmir.

Qərar dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarına, gəlir və xərc smetalarının icrasının monitorinqinə, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaları təsdiqləyən Prezidentin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал