teznews.az
← На главную
Азербайджан

Göygöl rayonunda bələdiyyə mühasibinin meyiti aşkarlandı - Təfərrüat

Редакция teznews · 02.11.2026, 11:23:57 0
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · nocomment.az

Göygöl rayonunda Çaykənd bələdiyyəsi binasında işləyən mühasibin meyitinin tapılması ilə bağlı yeni məlumatlar verilib.

1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucov 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.

O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar.

Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал