teznews.az
← Ana səhifə
Azərbaycan

Salyanda yük maşını ilə yol-nəqliyyat hadisəsi: İki nəfər həyatını itirdi – VİDEO

teznews redaksiyası · 02.11.2026, 11:17:44 1
Azərbaycan

Фото из статьи источника · nocomment.az

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri – 1973-cu il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev və onun qonşusu, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov yük avtomobili ilə yola çıxıblar.

Belə ki, Fariz Qarayevin övladı yeni ev aldığı üçün onlar həmin evə məişət əşyaları aparmaq məqsədilə “QAZel” markalı yük avtomobili ilə yola düşüblər. Lakin səfər faciə ilə nəticələnib. Qəza zamanı hər iki şəxs hadisə yerində həyatını itirib.

Qeyd edək ki, toqquşmanın gücündən “QAZel” markalı yük avtomobili iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma davam etdirilir.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал