teznews.az
← На главную
Азербайджан

7-ci mikrorayondan çəkilən BU GÖRÜNTÜLƏR gündəm oldu - Nə baş verir (VİDEO)

Редакция teznews · 02.11.2026, 17:44:07 1
Новость недоступна на выбранном языке — показана доступная версия.
Азербайджан

Фото из статьи источника · nocomment.az

Bakının 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarından yayılan tüstü sakinlərin narazılığına səbəb olub.

Söhbət Kəmalə və Ərmin şadlıq sarayının qarşısındakı ərazidən gedir.

Sakinlərin iddiasına görə, şadlıq evlərindən çıxan sıx tüstü ətrafı bürüyərək həm piyadaların, həm də avtomobillərin hərəkətinə mane olur.

Onlar bildirirlər ki, tüstünün təsirindən küçədə piyada hərəkət etmək çətinləşir, avtomobillərin sürücüləri isə görünüş məsafəsinin azalması səbəbindən problemlə üzləşirlər.

Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, tüstünün ətraf mühitə yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini tələb edirlər.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал