teznews.az
← Ana səhifə
Azərbaycan

Balakənddə azyaşlı qızlarını döyən ata həbs olunub

teznews redaksiyası · 31.10.2026, 23:12:06 1
Azərbaycan

Фирменная обложка teznews.az

Balakənd şəhərində azyaşlı uşaqlarını döyən ata inzibati qaydada həbs edilib.

Hadisə Y. Məmmədəliyev küçəsində yerləşən evdə baş verib. 36 yaşlı Vüsal Paşayev (şərti adla) yaşadığı mənzildə azyaşlı qızlarını taxta dəyənəklə döyərək xəsarət yetirib.

Faktla bağlı V. Paşayev saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Vüsal Paşayev özünü təqsirli bilərək izahatında deyib ki, evdə uşaqlar dalaşdığı üçün çubuqla onları arxa hissələrindən yavaşca vurub. Həmin çubuğu evdə ət qurutmaq üçün istifadə edib. O, törətdiyi əməldən peşman olduğunu deyərək, barəsində qanuni qərar qəbul edilməsini xahiş edib.

İfadə verən zərərçəkən qız Aysunun (ad şərti) sözlərinə görə, atası onu və bacısı Zərifəni (şərti adla), Zərifənin ad günündən bir-iki gün sonra döyüb:

“Bacımla oyun oynayanda qışqırdığımız üçün atamız əsəbiləşdi. Atam səs-küyə gəlib bizə dedi ki, gedin çubuq gətirin. Bundan sonra sobanın üstündə olan dəyənəyi götürdü və bizi anamgil yatan otağa salaraq, qapını kilidləyib döydü. Atam bu zaman bütün pəncərələri də bağlamışdı. Atam dəyənəklə ayaqlarımıza, arxa hissələrimizə vururdu. Sonra bacımla məni əl-üzümüzü yumağa apardı. Ondan sonra bizi otağa salıb yenə döydü. Ümumilikdə bizi yarım saat döyüb”.

Azyaşlı qız bildirib ki, həmin gün gecə o, tualetə getmək üçün oyanıb:

“Mən və bacım nənəmizlə yatırdıq. Nənəmi oyadıb tualetə getmək istədiyimi, anamı oyatmasını bildirdim. Nənəm də dedi ki, lazım deyil, mən apararam. Ayaqyolundan qayıdanda nənəm məni arxadan itələdi və yıxıldım. Çənəm pəncərənin aşağısındakı yerə dəyib qanadı. Bundan sonra atam və anam məni həkimə apardılar. Atam qışda da bir dəfə bacımla məni bir-birilərimizi itələdiyimiz üçün belə pis döyüb. Atam anamı da tez-tez döyür. Səbəbsiz yerə axşamlar içkili gəlib anasını otağa salır sonra döyür. Atamla barışmaq istəmirəm”.

Zərifə də bacısı Aysu kimi eyni ifadəni verib.

Azyaşlı qızların anası da ifadəsində artıq Vüsalla boşanma ərəfələrində olduğunu və əri ilə barışmadığını deyib. O, məhkəmədən məsələ ilə bağlı qanuni qərar qəbul edilməsini istəyib.

Məhkəmənin qərarı ilə V. Paşayev 15 gün müddətinə inzibati qaydada həbs olunub.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал