teznews.az
← Ana səhifə
Azərbaycan

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ

teznews redaksiyası · 05.11.2026, 14:20:51 0
Azərbaycan

Фото из статьи источника · apa.az

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi ərazilərdə küləkli hava şəraiti gözlənilir. Bu proseslə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib.

APA-ya istinadən bildirilir ki, Bakıda, Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafa rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Digər tərəfdən, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

TEZNEWS В WHATSAPPЧитайте последние новости на нашем канале в WhatsAppГлавные события — прямо в вашем телефоне.Перейти в канал