Azərbaycan
Erməni hərbçi güllə yarasından öldü

Фото из статьи источника · nocomment.az
Ermənistan ərazisində hərbçinin meyiti aşkarlanıb.
Oktyabrın 31-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisinin meyiti tapılıb.
teznews.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, T.S. adlı hərbçinin meyitində güllə yarası aşkarlanıb. Hadisə ilə bağlı onun ailəsinə rəsmi qaydada məlumat verilib. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.